Tərif. Vahidin bir və ya bir neçə
bərabər hissələrindən ibarət olan
ədədlərə adi kəsr deyilir.
Vahid altı hissəyə bölünüb,
bu hissələrdə ikisi götürülərsə
götürülmüş hissələri ifadə
edən ədəd �altıda iki� adlandırılıb,
2/6 kimi göstərilir. Xəttin üstündə
olan ədədə kəsrin surəti, xəttin
altında olan ədədə isə kəsrin
məxrəci deyilir.
Məxrəc vahidin neçə bərabər
hissəyə bölündüyünü, surət
isə verilmiş kəsirdə olan hissələrin
sayını göstərir.
Adi kəsrə
verdiyimiz tərifdən aydın olur ki, kəsr
xəttinə həmdə bölmə kimi baxmaq
olur. Məsələn,
Surətləri bərabər
olan iki kəsrdən məxrəci kiçik olan
kəsr böyükdür.
Məsələn, 
Məxrəcləri
bərabər olan iki kəsrdən surəti böyük
olan kəsr böyükdür.
Məsələn, 
Tərif. İki kəsrdən birincisinin məxrəci ilə
ikincinin surəti hasili, ikincinin məxrəci ilə
birincinin surəti hasilinə bərabər olarsa,
belə kəsrlər bərabər kəsrlər
adlanır.
Məsələn,
çünki 2�12=4�6
və yaxud
çünki 2�2=1�4
Məxrəcləri
və surətləri müxtəlif olan kəsirləri
müqayisə etmək üçün adi kəsrlərin
aşağıdakı əsas xassəsini nəzərdən
keçirək.
Kəsrin surət və məxrəcini eyni bir
natural ədədə vursaq və yaxud bölsək,
ona bərabər kəsr alınar.
Məsələn, 
Beləliklə, surət
və məxrəcləri müxtəlif olan kəsrləri
müqayisə etmək üçün onları
bərabər məxrəcli və yaxud bərabər
surətli kəsrlər şəklinə gətirmək
lazımdır.
Məsələn, 3/5, 4/7 kəsrlərini surətləri
bərabər olan kəsrlər şəklinə
gətirməklə müqayisə edək:
