2. Düzgün və düzgün olmayan kəsrlər.
Kəsrlərin ixtisarı
Surəti məxrəcindən kiçik olan kəsirlər
düzgün kəsrlər, surəti məxrəcinə
bərabər və yaxud da ondan böyük olan kəsirlər
isə düzgün olmayan kəsrlər adlanır.
Məsələn, 4/5, 5/7, 2/39 kəsrləri düzgün,
10/10, 11/10, 34/20 kəsirləri isə düzgün
olmayan kəsirlərdir.
Düzgün kəsrlər qiymətcə vahiddən
kiçik, düzgün olmayan kəsirlər isə
vahidə bərabər və ya ondan böyükdür.
Məsələn, (düzgün
kəsr)
(düzgün olmayan kəsr) düzgün olmayan kəsrlərin
surətini məxrəcinə bölməklə tam
hissəni hesablayıb, həmin kəsri tam ədədlə
düzgün kəsrin birləşməsi kimi yazmaq
olar. Bu şəkildə olan kəsrlər qarışıq
ədədlər adlanır.
Məsələn, və s. qarışıq ədədlərdir.
Misal həlli zamanı düzgün olmayan kəsrləri
qarışıq ədədə və yaxud tərsinə
çevirmək lazım gəlir.
Düzgün olmayan kəsri qarışıq ədədə
çevirmək üçün kəsrin surətini
məxrəcinə bölüb, qalığı
tapmaq lazımdır: qismət tam vahidlərin sayını,
qalıq isə vahid hissələrinin sayını
göstərəcəkdir.
Məsələn, 545/32 kəsrini qarışıq
ədədə evirək.
545:32=12 (qalıq 1). Deməli 
Qarışıq ədədi düzgün olmayan
kəsrə çevirmək üçün məxrəci
tam ədədə vurub, alınan hasilin üstünə
surəti gələrək, bunu, axtardığımız
kəsrin surətinə yazmaq, məxrəci isə
əvvəlki kimi saxlamaq lazımdır. Məsələn,

Kəsrin surət və məxrəcinin onların
ortaq böləninə (vahidən fərqli oltaq böləninə)
bölünməsinə kəsrin ixtisarı deyilir.
Kəsrin ixtisar oluna biləcəyi ən böyük
ədəd onun surət və məxrəcinin ən
böyük ortaq bölənidir. Məsələn,
ƏBOB(30,45)=15 
Adi kəsrin, surət və məxrəcin ən
böyük ortaq böləninə ixtisar edilməsinə
kəsrin tam ixtisarı deyib, bundan sonra kəsrin ixtisarı
dedikdə onun tam ixtisar mənasında işlədildiyini
qəbul edəcəyik.
Məsələn,

|